Kürə atılan 16 yaşlı Nuranənin qətli ilə bağlı YENİ DETALLAR

Kür
Kür

Xəbər verdiyimiz kimi, Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb. AzPost xəbər verir ki, onların yaxınları hadisə ilə bağlı “Xəzər Xəbər”ə danışıblar.

Onlar bildiriblər ki, Seyidrəsul Nuranənin 15 yaşı olandan onunla qeyri-rəsmi nikahda yaşayıb:

“Bir il olar bir yerdə idilər. Övladları yox idi. Mən nə deyim, hər ailədə söz-söhbət olur”.

Qeyd edək ki, T.Seyidrəsul 17 may tarixində birgə yaşadığı 16 yaşlı Nuranəni Kür çayına gətirib və onu orada qətlə yetirərək çaya atıb. Hadisədən 3 gün sonra polisə gedərək əməlini etiraf edib və təslim olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.