Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Kür çayı Xəzərə qovuşdu –

User 25 Mart 2023 - 12:23 (Last updated: 21 May 2025 - 20:15)
kur xezer

Kürdə suyun səviyyəsi 1,7 metr qalxıb. Bu isə çayboyu quraşdırılmış su nasos stansiyalarının məhsuldar işləməsinə də səbəb olub.

Qlobal ekoloji problem səbəbindən çayın aşağı axınlarında, xüsusilə Salyan və Neftçala rayonlarının ərazisində içməli su, həmçinin kənd təsərrüfatının suvarılması baxımından ciddi təhlükə yaranmışdı. Son günlər Kür çayının səviyyəsində gözəçarpacaq dərəcədə qalxma müşahidə olunur. Belə ki, çay suyu Xəzər dənizinə birləşdiyi ərazidə quraşdırılan suaşıran bəndləri keçərək yenidən dənizə qovuşmağa başlayıb. Həmçinin Kürün deltasında yaradılan balıqkeçiricələrdə də kifayət qədər su yığılıb. Bu da balıqların kürüləmək üçün Kür çayına maneəsiz daxil olması deməkdir.

Hazırda Salyan və Neftçala rayonları ərazisində çay sahilində yaşayan sakinlərin içməli su problemi qaydasına düşür. Kürdə suyun səviyyəsi daha da qalxarsa, sakinlər yaranan problemi geridə qoyacaq. Meliorasiya və Su Təsərrüfatı ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Pənah Mehnətovun sözlərinə görə, rayonun əkin sahələrinin suvarılmasında yaranan problemlər aradan qalxır. Hazırda sahələri suvarmaq üçün istifadə edilən kanallar nasos stansiyaları vasitəsilə qidalandırılır. Nasoslar növbəlilik prinsipi ilə işləyir.

Pənah Mehnətov bildirib ki, suaşıran bəndlərin tikintisində məqsəd Kür çayının azsululuq dövründə su ehtiyatının yaradılması və qorunub saxlanılması, çoxsululuq dövründə isə dəniz suyunun çaya qarışmasının qarşısını almaqdır: “Gördüyünüz kimi, hər iki bəndin üzərindən Kür çayının suyu Xəzər dənizinə tökülür. Eyni zamanda, Xəzər dənizindən Kür çayına balıqların miqrasiyası üçün nəzərdə tutulmuş bənddən suyun keçməsi təmin edilib. Hazırda Salyan və Neftçala əhalisinin su ehtiyacı ödənilir”.

Qeyd edək ki, Kür çayının əsas və əlavə qolunun Xəzər dənizi ilə qovuşmasında tikilən suaşıran bəndlərin inşasına ötən il başlanılıb və bu ilin yanvarında başa çatıb. Birinci bəndin uzunluğu 350, eni 16, ikinci bəndin uzunluğu 200, eni 16, balıq keçiricisinin isə uzunluğu 20, eni 3 metrdir. (Azərtac)

Post navigation

Previous: İki ayda ölkəyə 82 milyon dollarlıq buğda idxal olunub
Next: DYP-dən Novruz tətilindən dönənlərə

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.