Kür çayından meyiti tapılan şəxs Vətən Müharibəsi iştirakçısı olub –FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirliyin məlumatına görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.​

Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan kişi meyitinin kimliyi məlum olub. Meyiti tapılan şəxs rayon sakini, 2001-ci il təvəllüdlü Nəcəfov Murad Əsəd oğludur. Bu barədə Salyanda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov məlumat yayıb.  Mərhum Vətən Müharibəsi iştirakçısı olub. Döyüşlərdə göstərdiyi şücaətlərə görə 4 medalla təltif olunmuşdu.

İyul ayının 1-də həqiqi hərbi xidmət müddətini başa vuraraq geri dönüb.

Allah rəhmət eləsin!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam və dini icma rəhbərlərinin Şuşaya səfəri başlanıb

Sonrakı məqalə

Koronavirus xəstələrinə qulluq edən tibb işçilərinin maaşlarına əlavələr davam edəcək –