Kürdəmirə atılan raketlə bağlı ANAMA-dan açıqlama

22 Oktyabr 2020 - 17:41

ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupları Kürdəmirdə əməliyyatları davam etdirmiş və ballastik raketin 8K14 (ELBRUS/SCUT) tipinə aid olduğunu bir daha sübut edən partlamış raket qalıqlarını aşkar edib.

Bu barədə məlumatı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tvitterdə yayıb.

Xatırladaq ki, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.