“Qarabağda Rusiya Silahlı Qüvvələrinin tətbiq olunması planlaşdırılmır” –Dövlət Dumasından açıqlama

“Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda tətbiq olunması planlaşdırılmır, belə bir mövqe Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılıb, münaqişənin həllində müsbət nəticə əldə etmək üçün görülən tədbirlər kifayətdir”.

Bunu Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov həmkarı, deputat Konstantin Zatulinin “Rusiyanın Dağlıq Qarabağda desant əməliyyatını istisna etmirəm” bəyanatına münasibət bildirərkən deyib.

“Konstantin Zatulinin bu şərhi vermək səlahiyyəti olmayıb. Onun bu şərhinin Dövlət Dumasının və Dumanın müdafiə komitəsinin rəsmi mövqeyinə heç bir dəxli yoxdur. Hazırda Dağlıq Qarabağ münaqişəsi regionunda Rusiya Silahlı Qüvvələrinin tətbiq olunması planlaşdırılmır. Bu mövqe Rusiyanın Müdafiə Nazirliyi ilə razılaşdırılıb. Dövlət Dumasının rəsmi mövqeyini yalnız onun sədri və ya sədrin göstərişi ilə müavinləri, yaxud dumanın müvafiq komitəsi ifadə edə bilər”, – deyə A. Krasov vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kürdəmirə atılan raketlə bağlı ANAMA-dan açıqlama

Sonrakı məqalə

Səad Həriri Livanın Baş naziri təyin edilib