Kürdəmirdə gənc qız intihara cəhd edib

30 İyul 2021 - 09:20

Kürdəmirdə intihara cəhd hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Karrar kəndində qeydə alınıb.

Belə ki, kəndin 23 yaşlı sakini Aslanova Aytac Cəlal qızı yaşadığı evdə sirkə turşusu içərək, özünə qəsd etmək istəyib.

O, yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.