Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Kürdəmir- Zərdab avtomobil yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində baş verib.
VAZ markalı minik maşını traktorla toqquşub. İlkin məlumata görə, 4 nəfər hadisə yerində ölüb. Fakt araşdırılır.