Kürdəmirdə 5,2 bal gücündə zəlzələ olub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Kürdəmir stansiyasınndan 14 km cənubda Kürdəmir ərazisində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ episentrdə 5 bala qədər, Qəbələ, İsmayıllı, Ağsu, Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla 20:38-də Kürdəmir rayonunda maqnitudası 5,2, dərinliyi 52 km olan zəlzələ qeydə alınıb. Zəlzələ Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı, Qəbələ rayonlarında hiss olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.