Küveyt neft hasilatını azaltmağa başlayıb

Küveyt hakimiyyəti bir neçə yataqda neft hasilatını azaltmağa başlayıb.

Azpost.info bildirir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat verir.

“Vəziyyətlə tanış olan mənbələrə görə, Küveyt yığılmış xam neft üçün saxlama tutumu tükəndikdən sonra bəzi neft yataqlarında hasilatı azaltmağa başlayıb”, – deyə nəşr bildirir.

Nəşrin məlumatına görə, Küveyt neft hasilatını və emalını yalnız daxili istehlak üçün lazım olan səviyyələrə qədər daha da azaltmağı müzakirə edir.

Qərar yaxın günlərdə verilə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.