Lənkəran və Sumqayıtda bu tarixdə güzəştli mənzillər satışa çıxarılacaq –MİDA-dan AÇIQLAMA

Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzilin, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzilin, ümumilikdə 544 mənzilin satışı dekabrın 6-da saat 11:00-da başlayacaq və dekabrın 14-də saat 11:00-dək davam edəcək.

Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi dekabrın 10-da saat 11:00-da başlayacaq və dekabrın 14-də saat 11:00-dək davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir. “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa Sumqayıt Yaşayış Kompleksi üzrə 392, Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzil olmaqla, ümumilikdə 544 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:

Sumqayıt Yaşayış Kompleksi üzrə – 27.09.2021-ci il tarixli 31957 nömrəli və 24.01.2022-ci il tarixli 32415 nömrəli;

Lənkəran Yaşayış Kompleksi üzrə – 25.11.2021-ci il tarixli 32210 nömrəli müsbət rəyi mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.

Sumqayıt Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Bina № Binanın yerləşdiyi tikinti sahəsi (m²) Binada mərtəbə sayı Binaya giriş sayı Mənzillərin otaqlarının sayı Mənzillərin sayı Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) Baş podratçı / ünvanı Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi
2 458.3 12 1 2 24 59.9 71.8 “HN CONSTRUCTİON” QSC, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi. ev 185, mənzil 14 22-09-24
3 24 78.5 93.7
3 515.9 12 1 3 48 77.7 – 82.1 93.3 – 99.3 22-09-24
4 423.6 9 1 2 19 59.7 – 60.9 72.7 – 74.7 “CONCO” QSC, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 81A, mənzil 1/2/3. 31-05-24
3 17 78.1 93.8
5 694.1 9 1 2 8 59.7 72.2 31-05-24
3 24 78.1 – 82.3 93.7 – 99.5
6 413.7 9 1 2 16 59.7 72.9 31-05-24
3 16 78.1 93.8
7 412.6 9 1 2 16 59.7 72.9 “Hünər-İnşaat” Firması, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, mənzil 63 31-03-24
3 16 78.1 93.8
8 694.1 9 1 2 8 59.7 72.2 31-03-24
3 24 78.1 – 82.3 93.7 – 99.5
9 438.9 9 1 2 10 59.7 – 60.8 72.1 – 74.7 31-03-24
3 26 78.1 – 82.4 93.8 – 99.5
10 515.9 12 1 3 48 77.7 – 82.1 93.3 – 99.3 “HN CONSTRUCTİON” QSC, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi. ev 185, mənzil 14 22-09-24
11 438.3 12 1 2 12 59.7 71.8 22-09-24
3 36 77.2 – 78.5 93.4 – 93.7

Lənkəran Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Bina № Binanın yerləşdiyi tikinti sahəsi (m²) Binada mərtəbə sayı Binaya giriş sayı Mənzillərin otaqlarının sayı Mənzillərin sayı Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) Baş podratçı / ünvanı Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi
1 852.26 9 2 3 1 72.9 85.3 “Araz İnşaatçı” MMC, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, məhəllə 851, mənzil 10/86 01-03-24
4 16 114.6 135.6
2 810.2 9 2 3 11 72.9 85.3 01-03-24
4 16 114.6 135.6
3 719.34 9 2 3 18 72.9 85.2 “Merkuri-İnşaat” MMC, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64, mənzil 143 01-03-24
4 18 99 119.4
4 723.55 9 2 3 18 72.9 85.2 01-03-24
4 18 99 119.4
5 503.57 9 1 3 36 75.1 – 76.7 89.4 – 91.3 01-03-24

Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Sumqayıt Yaşayış Kompleksi üzrə:

2 otaqlı mənzillərin qiyməti – 59 700 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 77 200 manatdan başlayır.

Lənkəran Yaşayış Kompleksi üzrə:

3 otaqlı mənzillərin qiyməti – 61 965 manatdan,

4 otaqlı mənzillərin qiyməti – 84 150 manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

Sumqayıt Yaşayış Kompleksi üzrə:

İllik faiz dərəcəsi Müddət Minimal ilkin ödəniş Aylıq ödəniş*
2 otaqlı 3 otaqlı
4% 3-30 il 10% 257-262 manat 332-354 manat
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

 Lənkəran Yaşayış Kompleksi üzrə:

İllik faiz dərəcəsi Müddət Minimal ilkin ödəniş Aylıq ödəniş*
3 otaqlı 4 otaqlı
4% 3-30 il 10% 267-281 manat 362-419 manat
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Sumqayıt Yaşayış Kompleksi üzrə:

Otaqların sayı Mənzilin qiyməti (manat) Əlavə endirim məbləği (manat) Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manat)
2 59 700 5 970 53 730
3 77 200 7 720 69 480
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Lənkəran Yaşayış Kompleksi üzrə:

Otaqların sayı Mənzilin qiyməti (manat) Əlavə endirim məbləği (manat) Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manat)
3 61 965 6 196 55 769
4 84 150 8 415 75 735
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəsmi internet səhifəsinə (www.mida.gov.az) daxil olaraq Sumqayıt və Lənkəran Yaşayış Komplekslərində satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə güzəştli mənzil kalkulyatoru vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az internet səhifəsində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (5 saylı Bakı, 1 saylı Sumqayıt və Lənkəran regional), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

Qeyd: “Güzəştli mənzil” sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış ola bilərlər.

Əvvəlki məqalə

“Seçki saxtakarlığı ilə bağlı bəyanatlar hakimiyyəti zorla dəyişdirmək məqsədi daşıyır”

Sonrakı məqalə

“İqlim problemlərinin əsas mənbəyi ilahi düzənin pozulmasıdır” –