Lənkəranda 13 yaşlı oğlan həmyaşıdını bıçaqlayıb

14 İyun 2021 - 17:08

Lənkəranda yeniyetmələr arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

Hadisə şəhər ərazisində baş verib. 2008-ci il təvəllüdlü M.Ə. aralarında yaranmış mübahisə nəticəsində həmyaşıdı M.M-ni bıçaqlayıb. Bıçaq xəsarəti alan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

M. Ə. polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)