“Rusiya siyasi əleyhdarlarını öldürməklə məşğul olmur” –Putin

“Rusiya siyasi opponentlərini öldürməklə məşğul olmur. Bu həmçinin Aleksey Navalnı ilə bağlı ötənilki insidentdə də aiddir”.

Azpost.info bildirir ki, bu sözləri prezident Putin ABŞ-ın NBC telekanalına müsahibəsində deyib.

Putin jurnalistin “Navalnını öldürmək üçün göstəriş vermisinizmi? sualına cavabında “bizdə kimisə öldürmək adəti yoxdur“-deyib.

Onun sözlərinə görə, Navalnının həbsxanada saxlanma şəraiti digər məhbuslardan fərqlənmir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

NATO-nun sammiti başlayıb

Sonrakı məqalə

Lənkəranda 13 yaşlı oğlan həmyaşıdını bıçaqlayıb