Lənkəranda güclü külək əsib, işıqlar sönüb –"Təcili yardım"ın üzərinə ağac düşüb

Cənub bölgəsində güclü külək əsməyə başlayıb. Rayonların əksər əraziləri işıqsızdır.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə artıq 1 saatdan çoxdur cənub rayonlarında güclü külək əsməyə başlayıb. Qəfil başlayan külək səbəbindən rayonların əksər ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Külək ağacı çağırışa gedən təcili tibbi yardım avtomobilinin üzərinə aşırıb. Avtomobilə ziyan dəyib.

Güclü külək Lənkəran rayonunun Sütəmurdov və Separadi kəndlərində ağacları yola aşırıb. Kənd ərazi icra nümayəndəliyinin gördüyü tədbirlər nəticəsində yolda hərəkət bərpa olunub.

Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin növbətçi həkimi Bəxtiyar Hadiyev APA-ya bildirib ki, küləklə bağlı dünən axşam saatlarından indiyə kimi 25 çağırış olub. Bu da əvvəlki günlərlə müqayisədə bir neçə dəfə çoxdur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.