Türkiyə superkubokunun ləğv edilməsindən sonra “Qalatasaray”, “Fənərbaxça” və Türkiyə Futbol Federasiyası birgə bəyanatla çıxış edib.
Açıqlamada final matçının daha sonrakı vaxta təxirə salındığı bildirilib.
“Superkubokun təşkilində indiyədək göstərdikləri səylərə görə, Futbol Federasiyasına və ev sahibi ölkənin müvafiq qurum və təşkilatlarına təşəkkür edirik”, – deyə bəyanatda vurğulanıb.