Ləğv olunmuş “Azadlıq” partiyasnın sədri Əhməd Oruc insult keçirib –Vəziyyəti ağırdır

Bir neçə ay əvvəl bağlanan “Azadlıq” partiyasının sədri Əhməd Oruc insult keçirib.

Bununla bağlı Lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib.
Onun sözlərinə görə, Ə.Oruc ürəyində ağrılarla bağlı dünən günorta saatlarında Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. O, institutda olarkən insult keçirib.
Oğlu qeyd edib ki, hazırda atasının vəziyyəti ağırdır və reanimasiyadadır.
Xatırladaq ki, bu ilin iyun ayında siyasətçinin oğlu Günxan Oruc vəfat edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.