Lənkəran şəhərinin kanalizasiya sistemi yenilənəcək –Tender elan edildi

Lənkəran rayonun ən böyük problemlərindən sayılan və kifayət qədər geniş maliyyə tələb edən kanalizasiya sistemi yenilənəcək.
AzPost bildirir ki, “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin yaradılması üzrə dəyəri 50 milyon manat olan tender elan edilib.
Layihəyə asfalt qatının kəsilməsi və tullantı poliqonuna kənarlaşdırılması, istənilən növ qruntun qazılması, yararsız qruntların tullantı poliqonuna kənarlaşdırılması, kommunikasiya xətlərinin keçilməsi və bərpası, mühafizə şitlərinin quraşdırılması, eləcə də mikrotunel xəttinin tikilməsi daxildir.
Qeyd edək ki, 20 min əhalinin tələbatı üçün nəzərdə tutulan Lənkəran şəhərinin kanalizasiya sistemi keçən əsrin 50-60-cı illərində istifadəyə verilib. Ötən müddət ərzində şəhər və şəhərətrafı kəndlərin əhalisinin sayı 3 dəfədən çox artdığından, həmçinin mövcud kanalizasiya sistemi köhnəldiyindən hazırki tələbata cavab vermir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.