Lənkəranda “Boladi şəhidləri” adlı kitab işıq üzü görüb

Lənkəranda “Boladi şəhidləri” adlı kitab işıq üzü görüb.

Azpost.info bildirir ki, Lənkəran rayon Boladi kənd 1 saylı orta məktəbinin müəllimi, gənc yazar Eldar İlqaroğlunun müəllifi olduğu kitabda Birinci və İkinci Qarabağ savaşında kəndin işğalçılara qarşı qəhramanlıqla döyüşən və canını fəda edən əziz vətən şəhidlərinin tərcümeyi-halları, döyüş yolları, ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri oxuculara təqdim olunur. Kitabda həmçinin şəhidlərin təkcə qəhramanlıqla vuruşması deyil həm də hər kəsə örnək olacaq həyatları, insanlarla münasibətləri, ictimai fəaliyyətləri işıqlandırılıb.

Eldar İlqaroğlunun “Hamı təkdir bu dünyada” adlı ilk kitabı kimi “Boladi Şəhidləri” kitabı da oxucular, həmçinin Lənkəran rayonu və Boladi kənd ictimayyəti tərəfindən maraqla qarşılanıb. Eldar İlqaroğlu 1985-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 2002-2006-illərdə Azərbaycan Ali Hərbi məktəbini bitirib. 2006-2009-cu illərdə ixtisası üzrə orduda zabit olaraq, xidmət edib. 2011-ci ildən Lənkəran rayon Boladi kənd tam orta məktəbinin hərbi rəhbəri vəzifəsində çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yaqub Zurufçunun vəziyyəti ağır olaraq qalır” –

Sonrakı məqalə

İran Prezidenti İbrahim Rəisi ilk xarici səfərini Çinə edəcək