Lənkəranda döyülən gəlin polisdə qayınanası ilə barışdı –Qaynana azad olundu (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, Lənkəranda döyülən gəlin və qayınanası izahat vermək üçün polis şöbəsinə aparılıb.

Hüquq-mühafizə orqanlarından Lent.az-a bildirilib ki, polis şöbəsində hər iki şəxsin izahatı alınıb. Döyüldüyü iddia edilən gəlin qayınanasından şikayətçi olmadığını bildirib. İzahatları alındıqdan sonra hər ikisi sərbəst buraxılıb.

Onu da dəqiqləşdirdik ki, döyülən gəlin Lerik rayon sakini 1990-cı il təvəllüdlü Rəmziyyə Qurbanovadır. İki uşaq anasıdır.

**

Lənkəranda qayınananın gəlini döyməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədəLent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunur ki, nazirliyin Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qayınananın gəlinini amansızcasına döyməsi ilə bağlı yayılan görüntülərdən məlumatlıdırlar:

“Hazırda faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır”.

Lənkəranda gəlininin döyülməsi ilə bağlı daha bir yeni xəbər var.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı izahat alınması üçün gəlin və qayınana rayon Polis Şöbəsinə aparılıb.

Lənkəranda gəlinini döyən qayınananın psixoloji durumu yerindədir.

Lent.az-ın əldə etdiyi məlumata görə, 75 yaşlı Girdənaz Qurbanova ruhi xəstəliklə bağlı xəstəxanada qeydiyyatda deyil. G.Qurbanovanın həm gəlininə, həm də oğluna baxdığı bildirilir. Onun oğlunda isə müəyyən psixoloji problemlərin olduğu deyilir. Bu məlumat isə rəsmən təsdiqini tapmayıb.

Hazırda polis gəlinin döyülməsi görüntülərini yayan şəxsi axtarır.

Qeyd edək ki, Lənkəranın Yuxarı Nüvədi kəndində adı hələlik açıqlanmayan qayınana hamilə gəlinini vəhşicəsinə döyüb. Hadisənin görüntüləri sosial şəbəkədə izləyicilərin sərt etirazına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabiq nazir Füzuli Ələkbərovun “Improtex Trading” şirkəti ləğv olunub

Sonrakı məqalə

“Parkovşik”lərin bizə aidiyyəti yoxdur, onların “himayədarları” var” –