“Parkovşik”lərin bizə aidiyyəti yoxdur, onların “himayədarları” var” –BNA rəhbəri Vüsal Kərimli

“”Parkovşik” adlanan şəxslərin bizə yaxından-uzaqdan aidiyyəti yoxdur. Bu gün Bakı şəhərində kim 1 manatı elə belə yığa bilər? Onların arxasında müəyyən himayədarlar var”.

Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında deyib.

O bildirib ki, həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır: “Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söz gedə bilməz. BNA tərəfindən hər hansı parklanma yerində duran şəxsə vəsiqə verilməyib. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib”.

V.Kərimli qeyd edib ki, parklanma məsələsi qaldırılanda fərqli-fərqli kanallar, istiqamətlərdən qara piar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lənkəranda döyülən gəlin polisdə qayınanası ilə barışdı –

Sonrakı məqalə

Avtomobillər şənbə-bazar günləri avtobus zolaqlarından istifadə edə bilər” –