Lənkəranda iş adamı bıçaqlanıb, bıçaqlayan şəxs saxlanılıb

Həbs
Həbs

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə,hadisə səhər saatlarında Lənkəran şəhərinin “Böyük Bazar” deyilən ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən “Pambayi” istirahət mərkəzin müdiri 1977-ci il təvəllüdlü Firad Səyad oğlu Həbibov bıçaqlanıb.

5 bıçaq zərbəsi alan yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat bloku alınıb.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda iş adamını bıçaqlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  bildirilib.

Qeyd olunur ki, əməli törətməkdə şübhəli bilinən 40 yaşlı B.Tahirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.