Lənkəranda narkotiklərin dövriyyəsi ilə məşğul olan dəstə saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 13 nəfər rayon sakini saxlanılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri – E. Nəsirov, C. Rzazadə, F. Hadıyev, X. Qubadov, C. Nəcəfov, Ş. Hüseynov, Ə. Əliyev, R. Musayev, İ. Həsənov, R. Bağırov, X. Qasımov, Ş. Əzimov və qardaşı F. Əzimov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

“Arif Babayevin vəziyyəti stabildir”