Lənkəranda qardaşının bıçaqladığı gənc oğlan xəstəxanada ölüb

Tibbi Yardım
Tibbi Yardım

Ötən gecə Lənkəranda böyük qardaşı tərəfindən bıçaqlanan kiçik qardaş xəstəxanada ölüb

APA-nın verdiyi xəbərə görə ötən gecə böyük qardaş 36 yaşlı Calal Abdullayev tərəfindən bıçaqlanan kiçik qardaş 22 yaşlı Camal Abdullayev bu gün axşam saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bıçaqlanma hadisəsi ötən gecə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş vermişdi. Qardaşlar arasında yaranan mübahisə zamanı böyük qardaş kiçik qardaşa kəsici-deşici alətlə xəsarət yetirmişdi. Dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan yaralı əməliyyat blokuna alınmışdı.

Hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı C. Abdullayev polisə gələrək könüllü təslim olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.