Lənkəran şəhərinin bu ərazilərində bu gün işıq olmayacaq

işıq
işıq

Bu gün Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Azərişıq”dan verilən məlumata görə, yanvarın 13-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bir sıra 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək şəhər ərazisində “Raypo”, “Gilan Holdinq” Yaşayış Kompleksləri, Anar Mahmudov, Məhəmməd Əmin Rəsulzadə, Paşa Təhməzov, Vağzal, Şəhidlər Xiyabanı küçələri, saat 13:00-dan 16:30-dək Ləvəngi Dairəsi, Su 8 ərazisi, Şəhidlər Xiyabanı prospektinin bir hissəsi və Girdəni kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda qeyd olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.