Lənkəranda kanalizasiya sistemi yenilənir –50 milyonluq tenderin qalibi məlum olub

Lənkəran rayonunun ən böyük 2 problemi -kanalizasiya sisteminin yenilənməsi və “zibil poliqonu”nun müasir dövrün tələblərinə cavab verən səviyyəyə gətirilməsi də artıq reallaşmaq üzrədir.

AzPost bildirir ki, bu barədə Lənkəran rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirilib.

Ötən il “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində dəyəri 50 milyon manat olan tenderin qalibi müəyyənləşib və işlərə yaxın müddətdə başlanılacaq.

Eyni zamanda, “2026- cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı”nda Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi layihəsi də yer alıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.