Lənkəranda meşədə iki meyit aşkarlandı –Prokurorluq araşdırmaya başladı

Baş Prokurorluq
Baş Prokurorluq

Lənkəranda meşəlik ərazidə iki şəxsin meyitinin aşkar edilməsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı məlumat avqustun 11-də Lənkəran rayonunun Haftoni kəndi yaxınlığındakı meşəlik ərazidə iki nəfərin meyitinin tapılması barədə rayon prokurorluğuna daxil olub.

İlkin araşdırmalar zamanı meyitlərin 1997-ci il təvəllüdlü Mirzəyev Xəzər Vurğun oğlu və 2010-cu il təvəllüdlü Məmmədova Fidan Şahid qızı olduğu müəyyənləşdirilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb.

Hazırda istintaq çərçivəsində hadisənin bütün halları, o cümlədən şəxslərin ölüm səbəbləri və şəraiti araşdırılır. Bununla əlaqədar müvafiq ekspertizalar təyin edilib.

Baş Prokurorluğun məlumatına görə, aidiyyəti dövlət qurumları, o cümlədən daxili işlər orqanlarının əməkdaşları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.