“Laçın dəhlizindən hər gün 150 maşın keçir, hamısı yoxlanılır” –Rusiya Müdafiə Nazirliyi məlumat yaydı

Rusiya sülhməramlıları ay ərzində Laçın dəhlizi ilə 4 min avtomobilin və 7,5 min insanın Qarabağa gediş-gəlişini təmin edib.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Dağlıq Qarabağ ərazisində atəşkəs rejiminin qorunmasını müşahidə və nəzarət-buraxılış rejimini təmin edirik. Hər bir maşına baxış keçirilir. Zərurət olduğu halda sürücüdən avtomobildən çıxmasını xahiş edir və salonu baxış keçirirk. Hər gün 150 maşın keçir”-deyə sülhməramlıların nümayəndəsi Oleq Qlebov bildirib.

Onun sözlərinə görə, bütün postlar müasir videomüşahidə kameraları ilə təmin olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Abdullah Öcalanın qardaşı koronavirusdan ölüb

Sonrakı məqalə

Azərbaycan əsgərləri erməni hərbçilərini ərazidən çıxarıb –