Laçın rayonuna növbəti köç karvanı yola düşüb

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə – 65 nəfər, Laçın rayonunun Zabux kəndinə 2 ailə, 4 nəfər köçürülüb.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 16 ailə (48 nəfər) paytaxtın Qaradağ rayonundan yola salınıb.

Ağcabədi, Kürdəmir və Beyləqan rayonlarında məskunlaşmış 7 ailə (21 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.

Xatırladaq ki, indiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.