Laçın şəhərində Azərbaycan bayrağı ucaldıldı –Ali Baş Komandan İlham Əliyevə məruzə olundu - VİDEO

Azərbaycan Ordusu Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağını ucaldıb.

Bu barədə Laçın şəhərinin mərkəzindən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub.

“Möhtərəm Prezident, Cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın dövlət bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır”, – deyə Ordu Korpusunun komandiri, general-mayor Kənan Seyidov məruzə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.