“Laçın yolunda humanitar təyinatlı nəqliyyatın hərəkəti bərpa olunub” –RUSİYA XİN

“Regionun filiz yataqlarının işlənilməsi ilə bağlı məsələdə fikir ayrılıqlarının nizamlanması vacibdir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi və sülhməramlı kontingentin komandanlığı vəziyyətin de-eskalasiyası üzərində işləməyi davam etdirir: “Onların səyləri sayəsində dekabrın 16-da qazın verilməsi bərpa olunub. Təcili tibbi yardım maşınları daxil olmaqla, humanitar təyinatlı avtonəqliyyatın hərəkəti bərpa olunub. Vəziyyətin yaxın vaxtlarda həllinə ümid edirik. Tərəfləri üçtərəfli bəyanatlara müvafiq olaraq, öz üzərlərinə götürdükləri öhdəliklərə ciddi riayət etməyə çağırırıq”.

Zaxarova Laçın dəhlizində vəziyyətlə bağlı bundan əvvəl mövqe bildirdiklərini qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.