Laçın yolundakı aksiya iştirakçıları mundialın final matçını izləyirlər

Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçılarının Qətərdə keçirilən dünya çempionatının finalını – Argentina- Fransa matçını izləmələri üçün böyük monitor quraşdırılıb.

Aksiya iştirakçıları ərazidə quraşdırılmış böyük ekran vasitəsilə mundialın final görüşünü izləyirlər.

Havanın soyuq olmasına baxmayaraq, Laçın-Xankəndi yolundakı aksiya davam edir.

Aksiya iştirakçılarının təhlükəsizliyini Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçiləri və polis əməkdaşları təmin edirlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.