Növbədənkənar prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi Laçın sakinlərinin də sevincinə səbəb olub. Şəhərin mərkəzi küçələrinə çıxan laçınlılar avtomobillərlə yürüş keçiriblər.
Səhər saatlarından səsvermədə mütəşəkkil iştirak edən sakinlər günün sonunda bayram ab-havası ilə şəhərə çıxıblar. Laçının mərkəzi küçələrində milli musiqi sədaları altında avtomobillərin yürüşü keçirilib. Həmçinin şəhər sakinləri sevinc və qürur hisslərini bir-biriləri ilə bölüşüblər.
Qeyd edək ki, ABŞ-ın “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardıqları “exit-poll”arın nəticələrini açıqlayıblar. “Oracle Advisory Group” təşkilatı İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,60 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.