“Laçında döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib”- Müdafiə Nazirliyi

Prezident İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə döyüş növbətçiliyinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Laçın rayonunda Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən strateji əhəmiyyətli Üçdik yüksəkliyində döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib.

Burada şəxsi heyətin gecə və gündüz nümunəvi xidmət etməsi, döyüş qabiliyyətinin və döyüşə hazırolma vəziyyətinin daim yüksək səviyyədə saxlanılması məqsədilə bütün zəruri tapşırıqlar icra olunur.

Azad olunmuş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili istiqamətində həyata keçirilən kompleks tədbirlər davam edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.