Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Elşad Qabil oğlu Həsənovla Ağstafada vida mərasimi keçirilir.
Şəhidin nəşi doğulduğu Xətai kəndinə, yaşadığı evə gətirilib.
Şəhidlə vida mərasimindən yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir.
Şəhid kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Elşad Həsənov 3 ay əvvəl ailə qurub.
Xatırladaq ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində 3 hərbçimiz şəhid olub, yaralananlar var(apa).