Laçında yol qəzası zamanı həlak olan şəxslər Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır- "Azərenerji"

Bu gün, saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlunun ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olduğu və onların “AzərEnerji” ASC-nin əməkdaşı olmaları barədə məlumatlar yayılıb.

“AzərEnerji” ASC-dən verilən məlumata görə, hadisə nəticəsində həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.