Laçında yük avtomobili aşıb. AzPost xəbər verir ki, rayonun Pircahan kəndi ərazisində, 1977-ci il təvəllüdlü Nağızadə Aslan Vaqif oğlu idarə etdiyi “Howo” markalı yük nəqliyyat vasitəsi ilə idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
Nəticədə A.Nağızadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.