Laçının özünəməxsus bitkisi Xıncılovuz –- Mədə-bağırsaq üçün faydalıdır

Xıncılovuz
Xıncılovuz

Xıncılovuz bitkisi zəngin təbiəti olan Laçında geniş yayılıb. Bu bitkiyə əsasən dağ yamaclarında və çaykənarı düzənliklərdə daha çox rast gəlinir.

Doğma yurduna dönən Laçın sakinləri də artıq illər əvvəl olduğu kimi, yenidən xıncılovuz toplayırlar.

“Bu bitki sağlamlıq, xüsusilə də mədə-bağırsaq üçün çox faydalıdır, vitaminlərlə zəngindir. Nənə-babalarımız bundan yediyi üçün sağlam olublar”, − sakin xıncılovuzun faydalarından danışarkən söyləyib.

Ətraflı Baku TV-nin süjetində:

Xıncılovuz soğanağı ilə birlikdə çıxarılır və bütün pencərlər kimi xıncılovuzun da qovurma ilə və ya xırda doğranmış ət tikələri ilə qızardılması çox dadlı olur. Yağda qızardılması, üzərinə yumurta vurulması da ləzzətlidir. Xıncılovuzu bəzən doğrayıb qurudaraq qış azuqəsi kimi saxlayırlar. Bu bitkinin qutabı, kətəsi də bişirilir. Bəzi evlərdə turşusu da qoyulur. Əsasən, təpələrdə, çaykənarı düzənliklərdə bitir. Naxçıvanın istər aran, istərsə də dağlıq zonasında geniş yayılsa da, dağlıq zonanın əhalisi bu bitkidən çox az istifadə edir. Xıncılovuz toplayan zaman naşı adamlar bu bitki ilə yanaşı bitən “qarğa soğanı”-nı qarışıq salırlar. Xırda soğanağı olan bu bitkiləri fərqləndirən əsas əlamət xıncılovuzun məhz tünd yaşıl rəngi və islanmış kimi görünməsidir.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.