Lahıc qəsəbəsinin İsmayıllı ilə əlaqəsi kəsilib

Sel səbəbindən Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib.

Axşam saatlarında başlayan külək və yağış İsmayıllı rayonunda da bəzi fəsadlar törədib.

Sel nəticəsində dağlardan qopan qaya parçaları və lil İsmayıllı-Lahıc avtomobil yolunu tamam bağlayıb.

Bundan əlavə, rayonun elektrik və qaz təchizatına ziyan dəyib.

Rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Fərdi evlərə, taxıl və bostan sahələrinə zərər dəyib.

Hazırda Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən ərazidə fəsadların aradan qaldırılması üçün işlər görülür. (APA)

Əvvəlki məqalə

Rusiya Dumasının sədr müavini ABŞ-a səfər edən qızına görə üzr istəyib –

Sonrakı məqalə

Çinin müdafiə naziri amerikalı həmkarı ilə görüşməkdən imtina edib