Laçında Üçtərəfli Bəyanatda əks olunan alternativ yolun tikintisi başlanıb

İşğaldan azad olunmuş Laçına daxil olmadan uzunluğu 23 km olan yolun tikintisinə artıq başlanılıb.

“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov “2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Laçına daxil olmadan çəkilən alternativ yeni yol iki hərəkət zolaqlı olacaq: “Hazırda Laçın şəhərinə gedən yol sülhməramlıların nəzarətindədir. Bu məqsədlə biz rahat hərəkətin təmin edilməsi üçün Laçına daxil olmadan 23 km uzunluğunda dairəvi alternativ yolun tikintisinə başlamışıq”.

H.Rüstəmov bildirib ki, gələcəkdə bu istiqamətdə yeni layihələrin hazırlanması gözlənilir və bu barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə naziri Kəlbəcərdə döyüş növbəsində olan şəxsi heyətlə görüşüb –

Sonrakı məqalə

Hacıbala Abutalıbovun Aparat rəhbərinin məhkəməsi başlanır