Lalə-Şövkət buraxılmış Liberal Partiyasını bərpa edir –Sədrliyə qayıdır

Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydiyyata alınmayan ictimai-siyasi xadim Lalə Şövkət Hacıyevanın lideri olduğu Azərbaycan Liberal Partiyası (ALP) bərpa ediləcək.

Bu barədə Azpost.info-ya partiyanın sədri Əvəz Temirxan deyib.

Onun sözlərinə görə, partiyanın bərpası gələn ilə planlaşdırılıb: “Gələn il Milli Məclis üzvlüyünə seçkilərin keçiriləcəyi gözlənilir. Mərkəzi Seçki Komissiyası seçkilərin keçiriləcəyi günü açıqladığı tarixdə biz yenidən qeydiyyat üçün Ədliyyə Nazirliyinə sənədləri təqdim edəcəyik. Yenidən qeydiyyatdan keçməklə parlament seçkilərinə qatılacağıq. Həm də böyük qüvvə ilə seçkilərdə iştirak planlaşdırırıq. İnanırıq ki, seçkilərdə ALP öz sözünü deyəcək. Bunun üçün var gücümüzlə çalışırıq”.

Ə.Temirxan qeydiyyat üçün niyə indi müraciət edilməməsinin səbəbini açıqlamayıb.

Anar ABDULLA

Azpost.info

Əvvəlki məqalə

“Belarusda nüvə silahının olması regionda təhlükəsizliyə zəmanət verir”

Sonrakı məqalə

“Ümid edirik ki, Ermənistan xarici siyasətinin vektorunu dəyişməyəcək”