Lalə Şövkət infakt keçirib, həkimlər hərəkətinə qadağa qoyub- VİDEO

Keçmiş dövlət katibi, Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyevanın səhhəti ilə bağlı son durumu açıqlanıb.

AzPost xəbər verir ki, bu barədə “Hörümçək TV”yə danışan siyasətçinin oğlu Sidqi Şövkət məlumat verib. Qeyd edib ki, Lalə Şövkət hərəkət qabiliyyətini itirməyib: “Lalə xanım infarkt keçirmişdi. İndi vəziyyəti yavaş-yavaş yaxşılaşır. Həkimlər ona çox hərəkət etməməyi ilə bağlı qadağa qoyub. Çox şükür, nitq və hərəkət qabiliyyətini itirməyib”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.