Las-Veqasın kazino kralı, milyarder Şeldon Adelson vəfat edib –

FOTO
12 Yanvar 2021 - 18:21

Milyarder və “Las Vegas Sands”ın qurucusu Şeldon Adelson vəfat edib.

TASS-ın verdiyi xəbərə görə, bu barədə bu gün “Las Vegas Sands”ın saytında məlumat verilib.

Qan xərçəngindən əziyyət çəkən Ş. Adelson 88 yaşında vəfat edib.

Qeyd edək ki, Ş. Adelson Las Veqasda kazino maqnatı və hazırkı ABŞ prezidenti Donald Tramp da daxil olmaqla Respublikaçı siyasətçilərin böyük donoru olub. Ş. Adelson 2015-ci ildən bəri Respublikaçı namizədlərə 250 milyon dollardan çox ianə edib.