Latviya Rusiya telekanalının lisenziyasını ləğv edib

Rusiyada xarici ölkənin agenti sayılan və ofisi Latviyada yerləşən “Dojd” telekanalının lisenziyası ləğv olunub.

Latviya Elektron KİV üzrə Milli Şurası “Dojd” telekanalının yayım lisenziyasını ləğv edib. Kanal Latviyadan sonuncu dəfə dekabrın 8-də efirə çıxacaq. Şura hesab edir ki, “Dojd” yol verdiyi pozuntuların əhəmiyyətini və ciddiliyini anlamır, buna görə də Latviya ərazisindən yayımlana bilməz.

Xatırladaq ki, bir neçə gün əvvəl telekanalın əməkdaşı Aleksey Korostelyov efirdən Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edən Rusiya hərbçilərinə yardım edildiyini demişdi. Buna görə o, kanaldan uzaqlaşdırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.