Latviya Şengen vizası olan rusların ölkəyə girişini məhdudlaşdırır

Latviya hökuməti Şengen vizası olan rusların turizm məqsədilə ölkəyə girişini məhdudlaşdırıb.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin saytında bildirilir.

“Nazirlər Kabineti Rusiya vətəndaşlarının Latviyaya girişinə məhdudiyyətlər müəyyən edən qərar qəbul edib”, – məlumatda deyilir.

Rusiya vətəndaşları Latviyaya humanitar məqsədlərlə səfər edə biləcəklər. Bundan başqa, siyasi təqiblərə məruz qalan şəxslərin, eləcə də diplomatların, bu ölkədəki qohumlarını ziyarət etmək istəyənlərin və Avropa İttifaqında yaşamaq icazəsi olan şəxslərin ölkəyə girişi qadağan edilmir.

Azpost.info

Əvvəlki məqalə

“Avropa İttifaqı bu məsələdə yekdildir, sanksiyalar ləğv olunmayacaq”

Sonrakı məqalə

Azərbaycan nefti ucuzlaşıb