Latviyada Rusiyaya dəstək verənlər vətəndaşlıqdan çıxarılacaq

Latviya Seymi Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını dəstəkləyənlərin vətəndaşlıqdan məhrum edilməsinə icazə verib.

Azpost.info xəbər verir ki, parlament qanuna müvafiq düzəlişləri ikinci oxunuşda qəbul edib. Seymin mətbuat xidmətindən bildiriblər ki, xüsusi əməliyyata bu və ya digər şəxs tərəfindən dəstək verilməsi ilə bağlı məlumatlar dövlət təhlükəsizlik orqanları tərəfindən təqdim olunacaq.

Şəxsin qərara etirazı və onu mübahisələndirməsi nəticəni dəyişməyəcək.

Azpost.info

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Bayden bu gün Ukraynaya yeni hərbi yardım paketini elan edəcək