Lavrov Alyaskaya üzərində “SSRİ” yazılmış köynəklə gəlib –FOTO

Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaskaya üzərində “SSRİ” yazılmış köynəklə gəlib.

TASS xəbər verir ki, Alyaskada jurnalistlər Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qara jiletin altından görünən “SSRİ” yazısı olan boz sviterdə görüblər.
Lavrovun avtomobilindən Ankoricdəki mehmanxanasına getməsinin görüntüləri “İzvestiya” Teleqram kanalında yayımlanıb.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp avqustun 15-də Alyaskanın Ankoric şəhərində görüş keçirəcək.Görüşün mövzusu Rusiya-Ukrayna müharibəsinə son qoymaqdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.