ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putin haqqında işlətdiyi qalmaqallı sözlərinə baxmayaraq, iki lider arasında görüşün keçirilməsi fikri Rusiyada hələ də müsbət qəbul edilir.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Prezident Putinin ABŞ prezidentinin görüş keçirməklə bağlı təklifinə necə reaksiya verdiyini bilirsiniz: biz bunu müsbət qəbul edirik. Bu təşəbbüsün bütün aspektlərini başa düşməyə çalışırıq, hazırda da bunun araşdırılmasını aparırıq”, – Lavrov belə deyib.