Lavrov Baydenlə Putin arasında görüşün nə zaman mümkün olacağından danışıb

ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putin haqqında işlətdiyi qalmaqallı sözlərinə baxmayaraq, iki lider arasında görüşün keçirilməsi fikri Rusiyada hələ də müsbət qəbul edilir.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Prezident Putinin ABŞ prezidentinin görüş keçirməklə bağlı təklifinə necə reaksiya verdiyini bilirsiniz: biz bunu müsbət qəbul edirik. Bu təşəbbüsün bütün aspektlərini başa düşməyə çalışırıq, hazırda da bunun araşdırılmasını aparırıq”, – Lavrov belə deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə rəsmi məzənnəsi

Sonrakı məqalə

“Baydenin “soyqırım”la bağlı çıxışının hüquqi əsası yoxdur” –