Lavrov Çinin yeni XİN rəhbərini Rusiyaya dəvət edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Qin Qanqla telefon danışığı zamanı onu Moskvaya səfərə dəvət edib.

Azpost.info xəbər verir ki, Lavrov Qanqı Çinin xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib və ona bu vəzifədə uğurlar arzulayıb.

Rusiya XİN-in məlumatına görə, söhbət zamanı tərəflər qlobal gündəmi və iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

XİN rəhbərləri Moskva və Pekinin BMT, BRİKS, ŞƏT, G20, həmçinin ASEAN kimi beynəlxalq təşkilatlarda və digər formatlarda fəaliyyətini müsbət qiymətləndiriblər.

Azpost.info

Əvvəlki məqalə

“İqtidar İlqar Məmmədovun yeni dialoq təklifinə cavab verməyib”

Sonrakı məqalə

Makronun 127 min avro kredit borcu var