“İqtidar İlqar Məmmədovun yeni dialoq təklifinə cavab verməyib”

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmdovun hakimiyyətlə müxalifət arasında dialoq prosesinin yenilənməsi barədə təklifinə iqtidar düşərgəsindən hələ ki, heç bir cavab verilməyib.

Bu barədə Azpost.info-ya REAL-ın icra katibi Natiq Cəfərli bildirib.

“Bircə Hikmət Babaoğlu bu mövzuda məqalə ilə çıxış etmişdi. İlqar Məmmədov da buna cavab olaraq geniş məqalə yazıb. Həmin məqalə ilə partiyamızın saytında tanış ola bilərsiniz”, – dey N.Cəfərli əlavə edib.

REAL rəsmisi qeyd edib ki, iqtidarla təmsaların və müzakirələrin istər-istəməz əhəmiyyəti var. Bununla belə, Natiq Cəfərli “Siyasi partiyalar haqqında” qanunun müzakirə və qəbul tərzinin təəssüf doğruduğunu deyib: “Normalda belə ciddi məsələlərlə bağlı müzakirələr daha əhatəli və daha dərindən aparılmalıdır. Amma təəssüf ki, “Siyasi partiyalar haqqında” müzakirələrə sadəcə cüzi dəyişikliklərə səbəb oldu ki, bu da təəssüf doğurur.  “Siyasi partiyalar haqqında” Qanunla bağlı REAL olaraq bir sıra təkliflər isrəli sürmüşdük. Daha dəqiqi, 14 təklif vermişdik. Amma bu təkliflərin heç bir qəbul edilmədi. Dialoqun yenilənməsi məsələsi də buna görə gündəmə gəlib”, – deyə o bildirib.

Xatırladaq ki, İlqar Məmmədov ötən ilin dekabrında hakimiyyətlə dialoqun yenilənməsini, müzakirələrin əsasən daxili siyasətə istiqamətlənməsini təklif etmişdi: “Hakimiyyətlə dialoqa müharibə ərəfəsində, bir başqa Azərbaycanda başlamışdıq. Torpaqları işğal altında olan Azərbaycanda. Həmin dövrdə milli birliyə verdiyimiz töfhə dialoqun ən ciddi nəticəsi oldu. Ölkəmiz müharibəni qazandı, beynəlxalq mövqelərini möhkəmləndirdi. Başqa nəticələr də oldu – siyasi məhbus sayının azalması kimi. Amma vaxt keçdikcə, daxili siyasətə dair fikir ayrılıqlarımız təbii olaraq artmalı idi və artdı da. Bundan sonra nə olacaqsa, tarixi nəticə dəyişməyəcək: 2020-2022 dialoqu bütün çatışmazlıqlarına baxmayaraq ümumən millətimizə faydalı oldu. İndi dialoq yenilənməli, xarici siyasət məqsədlərindən daha çox daxili siyasət məqsədlərinə istiqamət almalıdır”.

H. ABBAS

Azpost.info

Əvvəlki məqalə

“Ayaqyolunun olmamasına etiraza görə töhmət yolverilməzdir” –

Sonrakı məqalə

Lavrov Çinin yeni XİN rəhbərini Rusiyaya dəvət edib