Lavrov Ermənistan və Azərbaycana səfər edəcək –

Vaxt açıqlandı
29 Aprel 2021 - 17:26

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfər edəcək.

Bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, Rusiya XİN başçısı mayın 10-11-də Azərbaycana səfər edəcək.

  1. Zaxarova qeyd edib ki, mayın 5-6-da isə S. Lavrov Ermənistanda səfərdə olacaq.(APA)